"Neftçi" saxlamağa gərək duymadı, yeni klubu bu oldu

11 İyul 2023 01:20 Neftçi 829
"Neftçi" saxlamağa gərək duymadı, yeni klubu bu oldu

"Neftçi"dən ayrılan Voislav Stankoviçin yeni klubunun adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, serbiyalı mərkəz müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək.

35 yaşlı futbolçu Pançevo "Jelezniçar"ı ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli arxa xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Voislan Stankoviç Azərbaycanda "İnter" (indiki "Şamaxı") və "Qəbələ"də çıxış edib. O, 2019-cu ildən "Neftçi"nin şərəfini qoruyurdu.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!