“Bu komanda “Neftçi” deyil, yadından saxla”

10 İyul 2023 20:00 Neftçi 2 845
“Bu komanda “Neftçi” deyil, yadından saxla”

“Neftçi” Rusiyadakı növbəti oyunda da meydanı məğlub tərk etdi.

Pari Premyer turnirindəki ilk dueldə “Zenit”ə 1:3 hesabı ilə uduzan “ağ-qaralar” bu dəfə “Srvena Zvezda”ya boyun əydi – 0:4.

Serbiya nəhəngi sərgilədiyi məzmunlu oyunları bizimkilərə futbolun necə oynanılmasının dərsini keçdi.

Qarşılaşma başa çatandan sonra “qırmızı-ağlar”ın sevincini görməyə dəyərdi. Möhtəşəm zəfər beynəlxalq turnirdə qazanılsa da, düşərgədəki hər kəs “Neftçi” üzərindəki parlaq qələbəni bayram edirdi.

Elə serbiyalı azarkeşlər də 4:0-ın sevincindən ayıla bilmir. Klubun sosial şəbəkə hesablarında fanatların bəzi şərhləri diqqətimizi çəkdi:

“Sevimli komandaız möhtəşəm idi. Bir az da istəkli olsaydılar, hesab arasındakı fərq böyük olacaqdı”.

“Srvena” oyuna əla motivasiya və aqressiya ilə başladı. “Partizan” (bu komandanın rəngləri ilə “Neftçi”nin rəngləri eyni olduğu üçün əzəli rəqiblərini təmsilçimizə bənzədirlər – H.) bizdən bunu gözləmirdi”.

“Ağır mövsümdən öncə yerinə düşən məşq idi”.

“Niyə əllərinə düşən digər imkanları qola çevirmədilər? Təşkilatçılar qoymadı, yoxsa 4:0-a razılaşmışdılar?”

“Nə, turnirin qalibi olmaq? Dostum, bunu mən də istəyirəm. Amma “Zenit” “Neftçi” deyil, bunu yadından saxla”.

“Havalarda uçmaq lazım deyil. Bu “Neftçi” “Partizan”dan da betər gündədir. Belə rəqiblər Avropanın dördüncü dərəcəli komandaları hesab olunur. Daha güclü komandalarla qarşılaşmaq lazımdır”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti