Bu legioner də "Neftçi"yə lazım olmadı – Üçüncü vida

10 İyul 2023 19:00 Neftçi 2 338
Bu legioner də "Neftçi"yə lazım olmadı – Üçüncü vida

"Neftçi" Voislav Stankoviçlə yollarını ayırıb.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, serbiyalı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.

36 yaşlı oyunçu 2019-cu ilin yayından Bakı klubunun formasını geyinirdi.

O, Azərbaycanda "İnter" (hazırkı "Şamaxı") və "Qəbələ"də də çıxış edib.

Bakılılar daha öncə müqavilə müddəti başa çatan paraqvaylı Sezar Meza Kolli və gürcüstanlı hücumçu Vato Arveladze ilə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!