“Qapıçımız 90 dəqiqə işsiz qaldı” – “Neftçi” haqda danışdı

10 İyul 2023 17:40 Neftçi 1 210
“Qapıçımız 90 dəqiqə işsiz qaldı” – “Neftçi” haqda danışdı

“Neftçi” Pari Premyer turnirində keçirdiyi növbəti oyunda da meydanı məğlub tərk etdi.

İlk görüşdə “Zenit”ə 1:3 hesabı ilə uduzan “ağ-qaralar” bu dəfə “Srvena Zvezda” önündə darmadağın oldu – 0:4.

Oyun başa çatandan sonra Serbiya çempionatının son qalibinin baş məşqçisi Barak Baxar görüşlə bağlı fikirlərini dilə gətirib.

43 yaşlı israilli mütəxəssis klub televiziyasına açıqlama verib:

“Əlbəttə, 4:0 hesablı qələbə bizi məmnun edir. Lakin bununla kifayətlənməməli, daha çox inkişaf etmək haqda düşünməliyik.

Topu itirəndən sonra pressinq etmək, mübarizədən qopmamaq çox vacibdir. Bu gün bunu məharətlə yerinə yetirdik. Ancaq daha yaxşısını edə bilərik”.

Xanım həmkarımızın verdiyi suala – “Qapıçınız meydanda işsiz qalmışdı. Bu, sizi nə dərəcədə narahat edir?” – baş məşqçinin cavabı belə olub:

“Çünki, meydandakı 10 nəfər dayanmaq bilmədən qaçırdı. Rəqibə topla rəftar etməyə imkan vermirdik.

Buna görə də qapıçımız 90 dəqiqə işsiz qaldı. Səhv etmirəmsə, cəmi bir qurtarışı oldu.

Eybi yox, qarşıda çətin oyunlarımız olacaq. Gənc və təcrübəli futbolçularımızın özlərini ən yaxşı tərəfdən göstərəcəklərinə inanıram”.

“Neftçi” turnirdə sonuncu görüşünü iyulun 15-də “Fənərbağça”ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti