“Neftçi”yə əcnəbi prezident təyin edilə bilər.
Bu haqda “Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərov məlumat verib.
Onun bildirdiyinə görə, SOCAR rəhbərliyi Kamran Quliyevi klubun başından uzaqlaşdırmağı qərara alıb:
“Kluba prezident olaraq əcnəbi birinin təyin edilməsi müzakirə edilir. Bu gün bir çoxları qeyd edir ki, prezident postuna Kamil Məmmədov gətiriləcək.
Bu xəbər tamam yanlışdır. Belə bir məsələ gündəmdə yoxdur.
Diqqətlər əcnəbi rəhbərdədir. Hələlik axtarışdadırlar. Bir neçə namizədləri var.
Yəqin ki, yaxın tarixdə yeni prezidentin kimliyinə aydınlıq gələcək”.

