"Neftçi"nin qapıçısı 5 ay meydan üzü görməyəcək - Əməliyyat olunacaq

9 İyul 2023 23:20 Neftçi 1 024
"Neftçi"nin qapıçısı 5 ay meydan üzü görməyəcək - Əməliyyat olunacaq

"Matç TV Kuboku"nda Serbiyanın "Srvena Zvezda" komandası ilə oyunda zədələnmiş "Neftçi"nin qapıçısı Emil Balayevin durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.

O, oyunçunun müayinədən keçdiyini bildirib: "Emil Balayev axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Qapıçı təqribən beş ay yaşıl meydanlardan kənarda qalacaq".

"Neftçi" iyunun 30-da Emil Balayevin transferini açıqlamışdı. Paytaxt təmsilçisi Serbiya komandasına 0:4 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti