"Neftçi" Aqil Məmmədovun ardınca daha bir qapıçısının xidmətindən məhrum olub.
Belə ki, "Matç TV" turnirində zədələnən Emil Balayevin durumu ciddidir.
Emil Rusiyada keçirilən turnirin ikinci turunun "Srvena Zvezda" komandası ilə qarşılaşmasında ağır xəsarət olub.
Matçın ikinci yarısı İvan Brkiçi əvəzləyən Balayev son dəqiqələrində ayağı burxulara yerdə qalıb.
Onu xərəkdə meydandan çıxarıblar.
29 yaşlı qolkiperin hətta qışa kimi yaşıl meydanlara qayıtması sual altındadır.
Emil Balayev bu yay "Səbail" komandasından yetirməsi olduğu kluba transfer olunmuşdu.
Neftçi”nin digər qapıçısı Aqil Məmmədov isə birinci tur “Zenit”lə oyunda ağır zədə alaraq meydana xərəklə tərk etmişdi. O, artıq bərpa olunması üçün Bakıya qayıdıb.
XANOĞLAN / SPORTİNFO.AZ

