“Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef hobbisindən danışıb.
Sportinfo.az xəbər verir ki, ABŞ və İsrail vətəndaşlığına sahib legioner Rusiyanın "Sport ekpress" nəşrinə müsahibəsində deyib:
"Şahmat oynamağı sevirəm. Bəli, saatlarla oynayıram.
Vaxt az olduğu üçün şahmatla xəbərləri çox izləmirəm, amma demək olar ki, bütün böyük qrossmeysterlərin adlarını bilirəm.
Rusiya şahmatçısı Yan Nepomnyaşiy dünya çempionu titulu uğrunda çinli Dinq Lirenlə qarşılaşmalarını izləməmişəm. Ancaq bilirəm ki, Liren qalib oldu. Amma Nepomnyaşiy əla oyunçudur".
K.Sayef ötən ilin iyulundan "Neftçi"də oynayır.

