"Neftçi" cəmi 9 dəqiqə dözdü, sonu yaxşı olmadı - VİDEO

9 İyul 2023 14:25 Neftçi 1 097
"Neftçi" cəmi 9 dəqiqə dözdü, sonu yaxşı olmadı - VİDEO

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu Serbiya təmsilçisi “Srvena Zvezda” ilə qarşılaşıb.

Qarşılaşma “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:4. “Srvena Zvezda”nın qollarını Mirko İvaniç, Stefan Mitroviç, Osman Bukari və Yovan Slyiviç vurublar.

Xatırladaq ki, “Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzub.

Paytaxt klubu son matçında Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.

"Neftçi" - "Srvena Zvezda" 0:4

Qollar: İvaniç 9, Mitroviç 17, Bukari 45, Şliviç 81

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti