“Neftçi”nin daha bir oyunçusu Rusiyada pis hadisə ilə üzləşdi

9 İyul 2023 09:00 Neftçi 1 461
“Neftçi”nin daha bir oyunçusu Rusiyada pis hadisə ilə üzləşdi

“Neftçi” “Matç TV” turnirində “Srvena Zvezda” ilə qarşılaşmada (0:4) ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın yeni transferi Emil Balayev zədələnib.

Meydana ikinci hissədə daxil olan millimizin üzvü matçın son dəqiqəsində ciddi zədə alaraq meydanı xərəkdə tərk edib. Onun durumu haqda hələlik məlumat verilməyib.

“Neftçi”nin digər qapıçısı Aqil Məmmədov isə “Zenit”lə oyunda ağır zədə alaraq meydana xərəklə tərk etmişdi. O, artıq Bakıya qayıdıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti