Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Matç TV" kubokunda iştirak edən "Neftçi" bu gün ikinci görüşünə çıxacaq.
Sportinfo.az xəbər verir ki, "bakılılar"ın növbəti rəqibi "Srvena Zvezda"dır. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
"Ağ-qaralar" ilk matçda "Zenit"ə 1:3 uduzubsa, "Srvena Zvezda" turnirdəki birinci oyununda həmin rəqibinə 2:1 qalib gəlib.
8 iyul
20:30 "Neftçi" - "Srvena Zvezda" 0:4
Qollar: İvaniç 9, Mitroviç 17, Bukari 45, Şliviç, 81

