"Neftçi"də baş məşqçi vəzifəsinə daha bir namizəd

8 İyul 2023 14:20 Neftçi 1 122
"Neftçi"də baş məşqçi vəzifəsinə daha bir namizəd

"Neftçi"də baş məşqçi vəzifəsi üçün daha bir namizəd bəlli olub.

Sportinfo.az "Legalbet.ru" saytına istinadən xəbər verir ki, klub rəhbərliyi Rusiya "Krasnodar"ının sabiq məşqçisi Aleksandr Naqornının mümkün təyinatını nəzərdən keçirir.

İddiaya görə, "ağ-qaralar"ın siyahısında Adrian Mutu ilə yanaşı, 41 yaşlı mütəxəssisin də adı var. Onun namizədliyi Müşahidə Şurasının iclasında irəli sürülüb.

Aleksandr Naqornı karyerası ərzində heç vaxt baş məşqçi kimi fəaliyyət göstərməyib. O, "Krasnodar"la yanaşı, "Ufa" və "Rotor"da köməkçi məşqçi işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!