Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" bu gün "Match TV" beynəlxalq turnirində ikinci oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, hazırda baş məşqçisiz olan "ağ-qaralar" Serbiyadan "Srvena Zvezda" ilə qarşılaşacaq.
Sankt-Peterburqdakı "Smena" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.
"Neftçi" turnirdə keçirdiyi ilk oyunda Rusiya "Zenit"inə 1:3 hesabı ilə uduzub.
Paytaxt klubu son matçında Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.
8 iyul
20:30. "Neftçi" (Azərbaycan) - "Srvena Zvezda" (Serbiya)
Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Yermakov
Var hakimi: Nikolay Voloşin
Sankt-Peterburq, "Smena" stadionu

