Rumıniyalı məşqçi Adrian Mutu “Neftçi” ilə müqavilə imzalamaq üçün Rusiyaya yola düşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Gazeta Sporturilor” məlumat yayıb.
Bildirilib ki, Adrian Mutu “Rapid”lə müqaviləsini ləğv edib və Azərbaycan klubu ona görə 200 min avro təzminat ödəməyəcək.
Rumın həmkarlarımızın yazdığına görə, “Neftçi” Mutuya illik 650 min avro (1 milyon 203 min manat) ödəyəcək.
Gənc çalışdırıcının “Rapid”dəki maaşı illik 150 min avro (277 min manat) olub

