"Əlbəttə, Arşavini tanıyıram.
O, mənə görə Rusiyanın ən yaxşı futbolçusudur".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kenni Sayef rusiyalı tanınmış oyunçular barədə "Sport-express" nəşrinə açıqlamasında deyib.
ABŞ-dan olan İsrail əsilli yarımmüdafiəçi 3 futbolçunu xüsusi fərqləndirib:
"Arşavin top komandalarda oynamış və böyük uğurlara imza atmış futbolçudur. Artyom Dzyubaya qarşı oynamışam.
Əla hücumçudur. Rusiyada keçirilən dünya çempionatında qol vuran digər futbolçunuz Denis Çerışevi də xatırlayıram".

