Başa çatan mövsümü titulsuz başa vuran “Neftçi” Rusiyada təşkil olunan turnir üçün bu ölkəyə yollanıb.
“Ağ-qaralar” iyulun 1-dən 15-nə qədər Sankt-Peterburq şəhərində keçiriləcək “Matç TV kuboku”nda iştirak edir.
Təşkilatçılar bir neçə gündür sözügedən telekanalın sosial media səhifələrində yarışla bağlı müxtəlif paylaşımlar edir.
Növbəti bu cür paylaşım vide-anons xarakterli olub. İzləyicilərə turnirdə 4 komandanın iştirak edəcəyi və qarşılaşmaların “Matç TV” vasitəsilə ilə canlı yayımlanacağı bildirilib.
Videoda yarışda mübarizə aparacaq komandalardan 3-nün görüntüləri yer alıb. “Fənərbağça”, “Zenit” və “Srvena Zvezda”nın müxtəlif oyunlarından fərqli görüntülər yer aldığı halda, “Neftçi” haqda bir saniyəlik də olsa heç nə göstərilməyib.
Video ilə tanış olan azərbaycanlı izləyicilər təşkilatçıların bu cür boşluğa yol verməsini pisləyib, “Neftçi” rəsmilərindən turniri boykot etməyi tələb ediblər.
“Ağ-qaralar” iyulun 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək.
“Neftçi” turnir çərçivəsində iyulun 8-i saat 20:30-da Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.
Qarşıdakı iki görüş “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək.
Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Bakılılar iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

