“Neftçi”dən SON XƏBƏRI ALDIQ - Baş məşqçi postuna bu namizədə deyilib ki...

7 İyul 2023 16:00 Neftçi 3 623
“Neftçi”dən SON XƏBƏRI ALDIQ - Baş məşqçi postuna bu namizədə deyilib ki...

Bu gün müxtəlif xəbər platformalarında Adrian Mutunun “Neftçi”nin təklifini qəbul etdiyi bildirilir.

Bu barədə “Gazeta Sporturilor” da məlumat yayıb.

İnformasiyada iddia olunub ki, Mutu çalışdığı “Rapid” (Buxarest) ilə anlaşmasını ləğv edib və “Neftçi”nin hazırlıq keçdiyi Rusiyaya yola düşüb.

Xəbərdə deyilir ki, Mutu “Neftçi”də ilinə 650 min avro qazanacaq. Onun “Rapid”də illik qazancı 150 min avro olub.

Sportinfo tv-nin aparıcı-eksperti Elçin Cəfərovun verdiyi məlumata görə, mediada yazılanlar həqiqəti əks etdirmir:

“Mutuya deyilib ki, “Rapid”lə (Buxarest) təzminat məsələsini danış, sonra oturub yenidən detallara aydınlıq gətirərik.

Yəni, “Mutu Rusiyaya yola düşüb” xəbərləri gerçək deyil. Hələ tam olaraq müqavilə detalları danışılmayıb.

Heç klub rəhbərliyi bilmir ki, o, Bakıya və ya Rusiyaya nə zaman gələcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti