Uzun intizardan sonra “Neftçi” Emin Mahmudovla yeni müqavilə bağlayıb.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov “Neftçi” – Emin Mahmudov sövdələşməsində geridə qalan prosesə münasibət bildirib.
Qeyd edib ki, kapitan bir neçə aylıq sərgüzəştlərdən sonra doğma evə qayıdıb:
“Neftçi” azarkeşlərinə üzrxahlıq edərək bldirdi ki, bu gecikmədə məqsəd əlavə pul qazanmaq yox, özünü daha güclü çempionatda sınamaq istəyi idi.
Eminin şəxsiyyətinə və ustalığına hörmət etsək də, onun səmimiyyətinə inanmaq olmur. Axı neçə aydır ki, onunla bağlı söhbətlərdə ancaq maliyyə ilə bağlı məsələ qabardılır.
Heç kimə sirr deyil ki, son vaxtlar hətta dünya ulduzları da əlavə qazanc dalınca öz klublarını buraxaraq, Çin, Cənubi Koreya, BƏƏ və Səudiyyə Ərəbistanına üz tuturlar.
Buna görə onun daha güclü çempionatda özünü sınamaq arzusunu bildirməsi səmimlikdən uzaq görünür. Axı nə vaxtdan BƏƏ, yaxud Tailand çempionatı Premyer Liqamızdan güclü sayılır?
Gəlin, hər şeyi olduğu kimi deyək. Kapitan gəmini ən son tərk etməlidir. Ancaq Mahmudov maddiyatı üstün tutaraq, birinci qaçmışdı.
Ancaq SOCAR rəhbərliyi kapitandan məvacibin artırılması tələbini müsbət qarşıladı. Əminliklə deyə bilərik ki, Emin oyunçu profili olaraq “Neftçi” üçün çox önəmlidir.
Yeni baş məşqçi kim olur olsun, Eminin oynamaq şansı daha çox yüksəkdir. Çünki “8 nömrə”nin topa sahib olması, oyun ağlı, mövqe seçimi çox yaxşıdır.
Bu fonda Emin Mahmudov “Neftçi”yə hələ bir neçə il də lazım olacaq”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

