Azərbaycanda bu qədər pul qazanan futbolçu olmamışdı... – İLK MİLYONÇU YERLİ! O OLDU!

7 İyul 2023 13:00 Neftçi 5 614
Azərbaycanda bu qədər pul qazanan futbolçu olmamışdı... – İLK MİLYONÇU YERLİ! O OLDU!

Millinin kapitanı Emin Mahmudov Azərbaycanın ən ödənişli futbolçusu olub.

Yarımmüdafiəçi 2017-ci ildən formasını geyindiyi paytaxt kubu ilə müqavilənin müddətini uzatmaqla, bu statusa yiyələnib.

2+1 illik yeni kontrakta imza atan 31 yaşlı orta sahə oyunçusu növbəti iki mövsümdə üst-üstə təqribən 1 milyon dollar qazanacaq.

Bir qədər konkretləşdirsək, onun illik məvacibi 470 min dollar civarında bir məbləğ təşkil edəcək.

Azərbaycanda bu qədər pul qazanan futbolçu olmamışdı... – İLK MİLYONÇU YERLİ!

Müqayisə üçün deyək ki, Moskvar “Spartak”ının yetirməsi əvvəlki sezonlarda bu rəqəmin xeyli altında pul qazanıb.

Ümumiyyətlə, ağ-qara formada 191 oyun keçirmiş Mahmudova bundan qabaq 350 min dollar təklif edilmişdi.

O, bununla razı deyildi və sözləşmənin müddətini yeniləmirdi. Danışıqların 7-8 aydız uzanmasının kökündə yatan tək səbəb də budur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti