“Neftçi”nin formasını geyinən tanınmışın oğlu: “Arzularım çoxdur”

6 İyul 2023 16:40 Neftçi 1 645
“Neftçi”nin formasını geyinən tanınmışın oğlu: “Arzularım çoxdur”

“Arzularım çoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yetirməsi Ömər Qurbanov deyib.

Konfrans Liqasına hazırlaşan “Neftçi” hazırda Sankt-Peterburqdadır.

“Ağ-qaralar” Rusiyada təşkil olunan “Matç TV kuboku”nda iştirak etmək üçün bu ölkəyə yollanıb.

25 nəfərlik heyətdə bir neçə gəncin adı diqqət çəkir ki, onlardan biri də Ömər Qurbanovdur.

Laurentsiu Regekampfın ötən mövsüm “Şamaxı” ilə matçda 11 dəqiqə forma şansı qazandırdığı 2005 doğumlu yarımmüdafiəçi futbolçu ailəsindədir.

Belə ki, Ömər “Pro” kateqoriyalı məşqçi, ölkə kubokunun 2 qat sahibi Sənan Qurbanovun oğludur.

“Neftçi” “Matç TV kuboku”nda keçirdiyi ilk qarşılaşmada “Zenit”ə 1:3 hesabı ilə məğlub olub. Bəzi gənclərin meydana çıxdığı oyunda Ömər Qurbanov ehtiyatda qalıb.

O, məşqçi İqor Getmandan şans gözlədiyini bildirib:

“Biz böyük bir turnirdə iştirak edirik. Bura gəlmək, ümumiyyətə, “Neftçi”nin formasını geyinmək inanılmaz dərəcə qürurverici hisdir.

Məşqçi mənə şans versə, çalışacam ki, özümü yaxşı tərəfdən göstərim. Düzdür, öz üzərimdə çox işləməliyəm ki, öz arzularıma çatım”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti