“Neftçi”yə sadiqəm. Bir dəfə “ağ-qaralı” olan həmişə “ağ-qaralı” qalır.
Qismət olsa, karyeramı elə doğma komandamda bitirməyi düşünürəm”.
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
Futbolçu bildirib ki, heç vaxt bir az daha çox qazanmaq üçün komandadan ayrılmaq haqqında düşünməyib:
“Sadəcə, özümü daha reytinqli və güclü çempionatda, fərqli atmosferdə sınamaq istəyirdim. Ona görə də yeni çağırışları dəyərləndirmək fikrinə düşdüm.
Sözün düzü, həm Rusiya, həm Türkiyə, həm də bir sıra digər ölkələrdən təkliflər aldım. Amma gəlin, açıq danışaq ki, oynayacağın çempionatdan əlavə, həm də çıxış edəcəyin komanda da önəmlidir.
Bu baxımdan təklifləri nəzərdən keçirdim, götür-qoy etdim və son olaraq qərar verdim ki, gələn təkliflərin heç biri 6 ildir formasını geyindiyim “Neftçi”dən ayrılmağa dəyməz.
Çünki bu klubda özümü həqiqətən xoşbəxt hiss edirəm. Azarkeşlər, klub rəhbərliyi, komanda yoldaşlarım və digərləri, hər kəs məni sevir, hörmət edir, komandanın kapitanıyam.
Bütün bu amilləri nəzərə alaraq yekunda doğma klubumda qalmağa qərar verdim”.

