Məşhur iş adamı “Neftçi”yə mane oldu - Baş məşqçi ilə anlaşmaqda

6 İyul 2023 13:20 Neftçi 5 311
Məşhur iş adamı “Neftçi”yə mane oldu - Baş məşqçi ilə anlaşmaqda

SOCAR rəhbərliyi ilə Adrian Mutu arasında görüşmələr qısa çəkib.

Hazırda ökəsində “Rapid”i çalışdıran mütəxəssisi Buxarest təmsilçisindən ayırmaq mümkün olmayıb.

Daha doğrusu, o, Rumıniyadan Azərbaycana gəlməyə maraq göstərib, fəqət, “Rapid”in sahibi Cici Bekali son anda bu keçidin reallaşmasını əngəlləyib.

Məşhur iş adamı Mutuya müqaviləsinin 2025-ci ilə qədər qüvvədə olmasını xatırladıb. Əgər o, yumşaq mövqe sərgiləsəydi, bakılılar 400 min avro təzminat qarşığılında onun “Rapid”dən ayrılmasına nail ola bilərdi.

Mutu vaxtilə ölkəsinin əsas millsinin aparıcı sımalarından biri olub, “İnter”, “Çelsi”, “Yuventus”, “Parma, “”Fiorentina” kimi Avropanın bir çox tanınmış klublarının formasını geyinib.

2018-ci ildən məşqçilik həyatına atılıb. Iki ildən artıqdır “Rapiddə çalışır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti