"Neftçi"nin Rusiyada keçən təlim-məşq toplanışı öz axarında davam edir.
Qonşu ölkədə keçirlən "Matç TV" turnirində iştirak edən təmsilçimiz ikinci turun "Srvena Zvezda" klubu ilə baş tutacaq görüşə hazırlaşır.
İqor Getman və Vəfadar Nuriyevin rəhbərli ilə keçən məşqlərdə özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də Rza Cəfərovdur.
İlk turun "Zenit"lə qarşılaşmasında (1:3) şans qazanmaması müzakirələrə yol açan gənc qapıçı məşqlərdə öz məharətini artıqlaması ilə göstərir.
Gənclər millimizin üzvü komanda yoldaşlarının yaxın məsafədən vurduqları zərbələrə əla reaksiya verməsi ilə diqqət çəkib.
Onun əla performası komanda yoldaşlarına da təəccüb yaşadıb.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anın görüntülərinə aşağıdakı linkdə baxa bilərsiniz:

