Bölgə klubundan YENİ ADLAR - “Neftçi”nin qapıçısı gəlir

5 İyul 2023 21:20 Neftçi 2 833
Bölgə klubundan YENİ ADLAR - “Neftçi”nin qapıçısı gəlir

Premyer Liqaya vəsiqə qazanan “Araz Naxçıvan” növbəti mövsümün hazırlığına start verib.

Muxtar Respublika təmsilçisi sükutu iyulun 1-də Bakıda pozub.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan hazırlıqda 13 futbolçu iştirak edib ki, Nicat Süleymanov, Elçin Mustafayev, Nihad Qurbanlı, Abdulla Rzayevi yeni adlar hesab edə bilərik.

Ötən mövsüm “Kəpəz”, “Şamaxı” və “Səbail”in sıralarında olan oyunçularla qısa müddətdə müqavilə imzalanacaq.

Bu gündən düşərgəyə yeni futbolçu da təşrif buyurub. Bu, Ruslan Hacıyevdir. “Səbail”dən ayrılan vinger karyerasını “Araz Naxçıvan”da davam etdirəcək.

Daha bir keçmiş “Səbail”li Turan Manafov da Naxçıvanda oynamağa qarşı deyil. Onunla da ümumi planda anlaşma əldə olunub. Yaxın günlərdə yeni komandasında məşqlərə başlayacaq.

Baş məşqçi Azər Bağırovun sərəncamında görmək istədiyi növbəti ad Rza Cəfərovdur.

“Neftçi”nin əsas komandasında Aqil Məmmədov, Emil Balayev, İvan Brkiç kimi təcrübəlilərin yanında 20 yaşlı gəncin şans qazanması çətin görünür.

Odur ki, futbolçunun karyerasını “Araz Naxçıvan”da davam etdirəcəyi inandırıcı görünür. Hazırda klublar arasında danışıqlar davam edir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti