“Neftçi“ tanınmış məşqçinin oğlunu da Rusiyaya apardı

5 İyul 2023 21:00 Neftçi 3 512
“Neftçi“ tanınmış məşqçinin oğlunu da Rusiyaya apardı

Konfrans Liqasına hazırlaşan “Neftçi” hazırda Sankt-Peterburqdadır.

“Ağ-qaralar” Rusiyada təşkil olunan “Matç TV kuboku”nda iştirak etmək üçün bu ölkəyə yollanıb.

25 nəfərlik heyətdə bir neçə gəncin adı diqqət çəkir ki, onlardan biri də Ömər Qurbanovdur.

Laurentsiu Regekampfın ötən mövsüm “Şamaxı” ilə matçda 11 dəqiqə forma şansı qazandırdığı 2005 doğumlu yarımmüdafiəçi futbolçu ailəsindədir.

Belə ki, Ömər Azərbaycanın Pro kateqoriyalı məşqçisi, ölkə kubokunun 2 qat sahibi Sənan Qurbanovun oğludur.

“Neftçi” “Matç TV kuboku”nda keçirdiyi ilk qarşılaşmada “Zenit”ə 1:3 hesabı ilə məğlub olub. Bəzi gənclərin meydana çıxdığı oyunda Ömər Qurbanov şans qazanmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti