“Neftçi” Rusiyada təlim-məşq toplanışını davam etdirir.
Pari Premyer kubokunda işirak etmək üçün Sankt-Peterburq şəhərinə yollanan “ağ-qaralar” burada həm toplanış keçir, həm də turnirdə yarışır.
Bakılılar artıq ilk oyununu keçirib və Rusiya Premyer Liqasının qalibi “Zenit”ə 1:3 hesabı ilə uduzub
Ev sahibləri ilə qarşılaşma “Smena”da baş tutub. “Neftçi”nin əməkdaşları adıçəkilən arenadan maraqlı görüntülər qeydə alıb.
İyulun 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV Kuboku”na qatılan "Neftçi" ayın 8-i saat 20:30 Serbiyadan “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyədən “Fənərbaxça” ilə qarşılaşacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

