“Neftçi”nin Müşahidə Şurasından maraqlı seçim - Əsas işlər ona tapşırıldı

5 İyul 2023 16:00 Neftçi 3 152
“Neftçi”nin Müşahidə Şurasından maraqlı seçim - Əsas işlər ona tapşırıldı

“Neftçi”nin Müşahidə Şurası maraqlı seçim edib.

Tanınmış FİFA meneceri Kamil Məmmədov klubun idarəetmə aparatına cəlb olunub.

Düşdür, tanınmış agent hələlik qeyri-rəsmi şəkildə faəliyyəta başlayıb, amma münasibətlərin de-yureləşməsi hər an gözləniləndir.

Şuranın bəzi üzvləri ilə yaxın münasibəstləri olan KMəmmədov baş məşqçi axtarışlarında fəali iştirak edir. Lorentsiu Regekampfı əvəzləyə biləcək namzidələrin siyahısı onun tərəfindən təqdim olunur.

Həmçinin Böyük Britaniyadan olan funksionerlər danışıqları da o aparır. Söhbət vaxtilə İngiltərə Premyer Liqası və Çempionşipdə müxtəlif klublarda iş təcrübəsi toplamış idarəçidən gedir.

Müşahidə Şurası məhz K.Məmmədovun vasitəsilə onu “Neftçi”yə görəvə gətirməyə çalışır. Ya idman direktoru, ya da icraçı direktor kimi.

Kamil Məmmədov əvvəl də “Neftçi” ilə əlaqəli çalışıb. 2017-2018-ci illrdə.

Vaxtilə “Olimpik”də birgə olduğu Orxan Hüseynzadə “ağ-qaralar”ın prezidenti postunda işlədiyi 1 il ərzində o da burada söz sahibi idi.

Baş məşqçi və legioner transferləri kimi məsələlərə nəzarət edirdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti