2017-ci ildən “Neftçi”nin formasını geyinən Emin Mahmudov, böyük ehtimalla, Azərbaycanda qalacaq.
Türkiyə, Cənubi Koreya və Səudiyyə Ərəbistanından müxtəlif klublarla danışıqlar aparan yarımmüdafiəçi kapitanı olduğu “ağ-qaralar”ın sıralarına dönməyə yaxındır.
Bu, SOCAR rəhbərliyinin işə qarışması nəticəsindədir. Belə ki, neft şirkətinin səlahiyyətli şəxsləri onunla əlaqə saxlayıb və qayıdışını gözlədiklərini bildirib.
Eminə deyilib ki, yeni müqavilə şərtləri təkrar müzakirə ediləcək, bu üzdən, başqa yerə getməyə tələsməsin.
Mahmudov çağırışı qəbul edib və istəkləri yerinə yetirilərsə, “Neftçi”də qalacağını söyləyib.
O. son mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 45 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ

