. “Neftçi”nin yeni siması: “Bu, həmişə zəiflərlə oynamaqdan daha yaxşıdır” - VİDEO

4 İyul 2023 22:40 Neftçi 1 005
. “Neftçi”nin yeni siması: “Bu, həmişə zəiflərlə oynamaqdan daha yaxşıdır” - VİDEO

"Normal oynadıq”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin yeni transferi Filip Ozobiçə məxsusdur.

“Qarabağ”dan gələn xorvatiyalı Rusiyadakı "Match TV" turnirində "Zenit"ə 1:3 hesabı ilə uduzduqları oyun haqda danışıb.

Sankt Peterburq təmsilçisi ilə görüşün ikinci hissəsində Ömər Buludovun yerinə meydana daxil olan milliləşdirilmiş yarımmüdafiəçi söyləyib:

“İlk qarşılaşma olduğu üçün hələlik tam hazır deyilik. Bir neçə futbolçu matça iki gün qalmış komandaya qoşulmuşdu.

Cəmi iki məşq etmişdilər, bu səbəbdən yaxşı oynadığımızı düşünürəm. Hesab edirəm ki, ilk rəsmi oyuna hazırlaşmaq üçün burada hər cür şərait var.

Məncə, ilk matça 100 faiz hazır olacağıq. Burada böyük klublarla oynayırıq.

Bu, bizə xeyir verəcək. Çünki hazırda hansı səviyyədə olduğumuzu və daha nə qədər forma yığmağın lazım gələcəyini görə bilərik.

Güclü rəqiblərlə mübarizə aparmaq həmişə zəiflərlə oynamaqdan daha yaxşıdır. Çünki zəiflərlə oynasan, hansı səviyyədə olduğunu bilməyəcəksən".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti