“Neftçi”də Emin Mahmudovla bağlı yaşanan qeyri-müəyyənlik davam edir.
Komanda hazırda Rusiyada toplanışda olsa da, kapitan hələ də düşərgədə yoxdur.
Son məlumatlarda isə artıq onunla razılıq əldə olunduğu və yaxın günlərdə düşərgədə olacağı deyili.
Hətta mətbuatda Mahmudovun sabah “Neftçi”nin məşqlərinə qoşulacağı iddiaları var.
Son durumla bağlı sorğumuza cavab olaraq klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlamasında bunları dedi:
“Hələki bu barədə bizdə bir xəbər yoxdur. Düzdü, rəhbərlik Eminlə danışıqlar aparır, amma hələ də düşərgədə yoxdur.
Nə vaxt gələcəyi ilə bağlı da bir söz deyilməyib. İndiki vəziyyətdə bu haqqda çox şeylər yazılır.
Lakin bu dəqiqə Emin Mahmudovun bizə qoşulacağı ilə bağlı hər hansı dəqiq vaxt yoxdur”.
Emin Mahmudov 2017-ci ilin yayından "Neftçi"də çıxış edir. Təcrübəli yarımmüdafiəçi son mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 45 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onunla başa çatan müqavilə hələ yenilınməyib.
XANOĞLAN / SPORTİNFO.AZ

