Rusiyadan “Neftçi”yə gələn: “Pula ehtiyacımın olmadığını dedim”

4 İyul 2023 13:20 Neftçi 3 247
Rusiyadan “Neftçi”yə gələn: “Pula ehtiyacımın olmadığını dedim”

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Azər Əliyev “Tambov"da pulsuz oynamasından danışıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu barədə "Match TV"yə açıqlama verib.

Əliyev "Ufa"dan ayrılandan sonra klubsuz qaldığı üçün bu addımı atdığını söyləyib:

"Tambov"a keçəndə pula ehtiyacımın olmadığını dedim. Meydana çıxmaq, oynamaq və yayadək məşq etmək istəyirdim.

Heç vaxt onlara pul üçün müraciət də etmədim. Amma yenə xatırladıram, əvvəlcədən kluba sadəcə, oynamaq istədiyimi demişdim".

2022-ci ilin yanvarında "Neftçi"yə keçən Azər Əliyev "ağ-qaralar"la 3,5 illik müqavilə imzalayıb.

Yarımmüdafiəçi 2018-2020-ci illərdə "Ufa"da, 2021-ci ilin əvvəlindən yayınadək "Tambov"da çıxış edib. Həmin ilin iyulunda Ufa təmsilçisinə qayıdıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti