Dünən xəbər verdiyimiz kimi, yaxın günlərdə “Neftçi” rəhbərliyində yeni təyinatın edilməsi gözlənilir.
Azərbaycandan kənarda baş məşqçi axtaran kluba ölkə xaricindən funksioner də cəlb oluna bilər.
Sportinfo.az bu barədə SOCAR-a yaxın mənbələrdən məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, hazırda əcnəbi futbol idarəçilərindən biri ilə danışıqlar gedir.
Onunla bağlı qısaca da olsa, son dəqiqə informasiyası əldə etmişik. Belə ki, SOCAR-ın “Neftçi”də görmək istədiyi funksioner Böyük
Britaniyadandır. O, İngiltərə Premyer Liqasında və Çempionşipdə iş təcrübəsinə malikdir.
Şərtlər üst-üstə düşərsə, həmin şəxs klubda mühüm vəzifəyə gətiriləcək.
Ingiltərəli icraçı direktor da təyin oluna bilər, idman direktoru da. Bu məsələyə yaxın günlərdə nöqtə qoyulması gözlənilir.

