Emin Mahmudov “Neftçi”dən Arda Turanın komandasına gedir?

4 İyul 2023 09:20 Neftçi 1 926
Emin Mahmudov “Neftçi”dən Arda Turanın komandasına gedir?

"Neftçi"nin yeni müqavilə təklifini qəbul etməyən Emin Mahmudov karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin xidmətində I Liqada mübarizə aparan "Eyüpspor" maraqlıdır.

Bu barədə jurnalist Nazım Türknas məlumat yayıb.

Super Liqaya çıxmağı hədəfləyən İstanbul təmsilçisi iddialı heyət qurmağı planlaşdırır. Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" Azərbaycan milli komandasının kapitanına rəsmi təklif göndərib.

Emin Mahmudov 2017-ci ilin yayından "Neftçi"də çıxış edir. Təcrübəli yarımmüdafiəçi son mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 45 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 18:10 Çək və bizə göndər!
23 İyun 07:20 Prezident bilirdi...