“Neftçi”dəki əcnəbi: "Mənə heç vaxt Rusiya klublarından təklif gəlməyib”

4 İyul 2023 08:30 Neftçi 718
“Neftçi”dəki əcnəbi: "Mənə heç vaxt Rusiya klublarından təklif gəlməyib”

"Neftçi"nin hücumçusu Mateus Saldanya Rusiya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, “Sport Ekspress”ə açıqlama verən braziliyalı Rusiya klublarından təklif alıb-almamasından və “Zenit”də oynamaq istəyindən söhbət açıb:

"Heç vaxt Rusiya klublarından təklifim olmayıb. Əlbəttə ki, “Zenit”də oynamaq mənim üçün maraqlı gəlir.

Bu cür böyük və tarixi klubda oynamaq mənim üçün şərəf olardı. Lakin mən “Neftçi”nin futbolçusuyam. Hər şey klubumdan asılıdır".

Saldanya "Matç TV" kuboku çərçivəsində "Zenit"ə (3:1) qarşı keçirilmiş görüşdə "Neftçi"nin yeganə qolunu penaltidən vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti