"Bu turnir səviyyəli komandalara qarşı gücümüzü sınamaq üçün əla fürsətdir".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kilan Lebon Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Match TV" turnirində "Zenit"ə 1:3 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Fransalı hücumameylli yarımmüdafiəçi ilk hissədə daha yaxşı oynadıqlarını bildirib:
"Amma fasilədən sonra vəziyyət dəyişdi. Rəqib meydandakı hərəkətinə enerji əlavə etdikdən sonra oyun bizim üçün çətinləşdi".
"Neftçi" turnirdə növbəti matçını iyulun 8-də Serbiyanın "Srvena Zvezda", 15-də isə Türkiyənin "Fənərbağça" klubuna qarşı keçirəcək.

