“Neftçi”də rəhbər vəzifəyə əcnəbi gətirilir – SON DƏDİQƏ İNFORMASİYASI

3 İyul 2023 19:00 Neftçi 3 687
“Neftçi”də rəhbər vəzifəyə əcnəbi gətirilir – SON DƏDİQƏ İNFORMASİYASI

Azərbaycandan kənarda baş məşqçi axtaran “Neftçi”yə ölkə xaricindən funksioner də cəlb oluna bilər.

Sportinfo.az bu barədə SOCAR-a yaxın mənbələrdən məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, hazırda əcnəbi futbol idarəçilərindən biri ilə danışıqlar gedir.

Şərtlər üst-üstə düşərsə, həmin şəxs klubda mühüm vəzifəyə gətiriləcək.

O, icraçı direktor da təyin oluna bilər, idman direktoru da. Bu məsələyə yaxın günlərdə nöqtə qoyulması gözlənilir.

Namizədin adı çəkilir. Sadəcə, bildirilib ki, təklif göndərilən funksioner kifayət qədər təcrübəlidir və indiyədək müxtəlif iddialı klublarda çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti