"Neftçi" çox pis oynadı.
Aşkar təzyiq altında idilər və belə vəziyyətdə güclü rəqiblərə qarşı oynamaq çətindir".
Sportinfo.az xəbər verir ki, bunu "Zenit"in sabiq futbolçusu Sergey Vedeneyev "Neftçi"nin "Match TV" kubokunda Sankt-Peterburq təmsilçisinə qarşı oyunu (1:3) barədə "RB Sport" nəşrinə açıqlamasında deyib.
Veteran müdafiəçi bildirib ki, "ağ-qaralar"ın 4-5 futbolçu ilə hücuma keçməyə belə, gücü çatmırdı:
"Hər iki hissədə müdafiə olundular. "Zenit"də isə hər şey alınırdı".
"Neftçi" turnirdə növbəti matçını iyulun 8-də Serbiyadan "Srvena Zvezda", 15-də isə Türkiyədən "Fənərbağça"ya qarşı keçirəcək.

