“Neftçi” ilə ortaq məxrəcə gələ bilmədi, İngiltərə klubunun sahibi ilə görüşdü

3 İyul 2023 15:00 Neftçi 3 573
“Neftçi” ilə ortaq məxrəcə gələ bilmədi, İngiltərə klubunun sahibi ilə görüşdü

SOCAR-la Sərgən Yalçın arasında bir müddətdir aparılan danışıqlar yenidən dayanıb.

Yaxınlarda Bakıya səfər edən türkiyəli baş məşqçinin “Neftçi”nin sükanı arxasına keçmək ehtimalı sıfır həddinə enib.

“Ağ-qaralar”la maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyən 51 yaşlı mütəxəssis gözünü İngiltərəyə dikib. “Beşiktaş”ın sabiq çalışdırıcısının gözü hazırda “Hall Siti”dədir.

Çempionşipdə mübarizə aparan bu klubun sahibi türkiyəli məşhur iş adamı Acun İlcalıdır.

Yalçının onunla yaxın münasibətləri var.

2021-ci ilin dekabrından bu yana heç yerdə işləməyən məşqçi Acu İlcalı ilə İstanbulda görüşüb və mümkün əməkdaşlığım detallarını müzakirə edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti