“Qarabağ”dan “Neftçi”yə keçən: “Çox vaxta ehtiyacım yoxdur”

3 İyul 2023 12:40 Neftçi 1 249
“Qarabağ”dan “Neftçi”yə keçən: “Çox vaxta ehtiyacım yoxdur”

"Neftçi"nin yaxşı azarkeşlərə malik necə böyük klub olduğunu bilirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Filip Ozobiç "ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında deyib.

32 yaşlı yarımmüdafiəçi müqavilə imzaladıqdan sonra özünü çox yaxşı hiss etdiyini bildirib:

"Belə klubun səninlə maraqlanması hər zaman xoşdur. Ümid edirəm ki, komandaya yaxşı nəticələr əldə etməyə köməklik göstərəcəm.

"Neftçi"də İvan Brkiç, Voislav Stankoviç, Eddi İsrafilov, Emin Mahmudov və Emil Balayevi tanıyırdım. Buna görə də uyğunlaşmaq üçün çox vaxta ehtiyacım yoxdur.

Burada məni müsbət qarşıladılar, çox gözəl kollektiv var. Yaxşı kollektiv - komandanın nəticələr əldə etməsi üçün ən vacib amillərdən biridir".

Son olaraq "Qarabağ"ın formasını geyinmiş Filip Ozobiç "Neftçi" ilə iki illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti