"Neftçi"dən açıqlama: “O, bir neçə günlük azad olunub”

3 İyul 2023 00:50 Neftçi 776
"Neftçi"dən açıqlama: “O, bir neçə günlük azad olunub”

“Matç TV Kuboku” çərçivəsində iyulun 1-də “Qazprom Arena”da keçirilmiş “Zenit” – “Neftçi” matçının sonlarında zədələnmiş futbolçu Aqil Məmmədovun sağlamlıq durumuna aydınlıq gəlib.

Sportiunfo.az xəbər verir ki, "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bununla bağlı məlumat verib:

“Aqil oyun zamanı epiqastral nahiyəyə kəskin zərbə almışdı. Hazırda vəziyyəti stabildir. Sadəcə, məşqlərdən bir neçə günlük azad olunub”.

"Zenit" - "Neftçi" qarşılaşması Rusiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti