“Neftçi”nin uğursuzluğu ilə bağlı danışmağım axmaqlıq olar”

2 İyul 2023 23:40 Neftçi 1 969
“Neftçi”nin uğursuzluğu ilə bağlı danışmağım axmaqlıq olar”

“Gürcüstanda oturub, “Neftçi”də yaşananlarla bağlı şərh verə bilmərəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq legioneri Georgi Adamiya deyib.

Vaxtilə ağ-qara formanı geyinmiş gürcüstanlı yarımmüdafiəçi xatırladıb ki, “Neftçi” son 9 ildə cəmi 1 titul qazanıb:

Vəziyyət müvəqqəti çətinliklə, böyük klublarla müqayisə ilə bağlı deyil? Başa düşürəm.

“Neftçi”nin uğursuzluğu ilə bağlı danışmağım axmaqlıq və qeyri-peşəkarlıq olar. Hər nə qədər çətin günlər yaşasalar da, komandanın içində olmadığım üçün nəsə demək çətindir.

Onu deyə bilərəm ki, bu cür durumda təkcə son ili yox, son illəri təhlil edib problemin kökünü tapmaq lazımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti