“Neftçi”nin hücumçusu Mateus Saldanya “Zenit”də oynamaq istədiyini etiraf edib.
Sportinfo.az xəbər verir ki, braziliyalı legioner "RP Sport"a açıqlamasında deyib:
“Məni “Zenit”dən çağırsalar və kluba dəvət etsələr, dərhal razılaşardım. Təklif olsa, dərhal "Zenit"ə keçərəm.
Amma hər şey hazırkı komandamın nümayəndələrindən asılıdır. Çünki mən "Neftçi" ilə bu il müqavilə bağlamışam”.
“Neftçi” beynəlxalq PARI Premyer Kubokunun ilk oyununda “Zenit”ə 1:3 hesabı ilə uduzub.
Saldanya Bakı təmsilçisinin yeganə qolunun müəllifi olub. Braziliyalı hücumçu 39-cu dəqiqədə penaltidən fərqlənib.
M.Saldanya yanvarda Yaponiyadan - “JEF Yunayted Çiba”dan 1 illik icarəyə götürülüb.

