“Neftçi”nin qapıçısı xəstəxanadan otelə gətirildi, məlum oldu ki...

2 İyul 2023 17:45 Neftçi 2 005
“Neftçi”nin qapıçısı xəstəxanadan otelə gətirildi, məlum oldu ki...

“Neftçi” “Matç TV turniri”ndəki ilk oyunda “Zenit”lə bacarmadı.

Baş məşqçisi olmayan komandanın Rusiya nəhənginə 1:3 hesablı məğlubiyyəti gözlənilən idi.

Gözlənilməz olan isə oyunun sonlarına yaxın Aqil Məmmədovun təcili xəstəxanaya aparılmasıydı.

Rəqibin hücumu zamanı topu uzaqlaşdırmaq üçün irəli çıxan təcrübəli qapıçı “Zenit”in futbolçusu ilə toqquşub huşunu itirdi.

Həkimlərin səyinə baxmayaraq, Aqili ayıltmaq mümkün olmadı və qolkiper klinikaya aparıldı.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında narahatlıq doğuran məqama - Məmmədovun son durumuna aydınlıq gətirib:

“Biz də narahatlıq içindəydik. Aqil Məmmədov bir neçə dəqiqə əvvəl xəstəxanadan otelə gətirildi.

MRT müayinəsindən keçib və məlum olub ki, rəqiblə toqquşma anında döş qəfəsinin alt hissəsindən ağır zərbə alıb.

İynə vurulub, özünə gəlib. Əsas odur ki, sınıq aşkarlanmayıb, həyati təhlükə yoxdur”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti