“Neftçi”nin yeni baş məşqçisi – SOCAR-dan İSTİ-İSTİ XƏBƏR VERİLDİ Kİ...

2 İyul 2023 12:20 Neftçi 14 677
“Neftçi”nin yeni baş məşqçisi – SOCAR-dan İSTİ-İSTİ XƏBƏR VERİLDİ Kİ...

“Neftçi”nin yeni baş məşqçisi nin kimliyi yaxın günlıərdə məlum olacaq.

Bu barədə SOCAR rəhbərliyinə yaxın mötəbər mənbələrdən Sportinfo.az-a məlumat daxil olub.

Redaksiyamıza ötürülən informasiyaya görə, şirkətin prezidenti və klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf bu məsələni gündəlik olaraq öz nəzarətində saxlayır.

Bu dəqiqəyə kimi hələlik irəliləyiş qeydə alınmayıb. Sərgən Yalçınla müqavilə şərtlətində “qızıl orta”nı tapmayan neft şirkətinin mənsubları hazırda 3-4 əcnəbi məşqçi ilə danışıqlar aparır.

Böyük ehtimalla, Lorentsiu Regekampfın yerinə gələcək çalışdırıcı elə xarıcı həmkarı olacaq.

Düzdür, SOCAR-ın bəzi mənsubları yerli mütəxəssislər arasında seçim etmək təklifi verib, ancaq bu ehtimalın reallaşması az inandırıcıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti