Rusiya klubu bunu da “Neftçi”yə çox gördü - VİDEO

2 İyul 2023 09:25 Neftçi 1 355
Rusiya klubu bunu da “Neftçi”yə çox gördü - VİDEO

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, hazırda baş məşqçisiz olan “ağ-qaralar” yerli “Zenit” komandası ilə qarşılaşıb.

Sankt-Peterburqdakı “Qazprom Arena”da oynanılan görüş rəqibin qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 39-cu dəqiqədə Bakı klubundan Mateus Saldanya açıb. Braziliyalı hücumçu penaltini dəqiq yerinə yetirib.

“Zenit”in qollarını isə 49-cu dəqiqədə Qustavo Mantuan, 70-ci dəqiqədə Klaudinyo və 80-ci dəqiqədə Zelimxan Bakayev vurublar.

"Neftçi" turnirdə iyulun 8-də Serbiyanın “Srvena Zvezda”, iyulun 12-də isə Türkiyənin “Fənərbağça” klubları ilə qarşılaşacaq.

“Zenit” (Rusiya) - “Neftçi” (Azərbaycan) – 3:1
Qollar: Mateus Saldanya, 39 (penalti) - Qustavo Mantuan, 49. Klaudinyo, 70. Zelimxan Bakayev, 80

Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov
VAR hakimi: Sergey Tsıqanok
Sankt-Peterburq, "Qazprom Arena"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti