Avropanın məşhur klubunun müdafiəçisi “Neftçi”də

2 İyul 2023 01:10 Neftçi 32 362
Avropanın məşhur klubunun müdafiəçisi “Neftçi”də

"Neftçi" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi "Pau"dan Ervin Koffi ilə anlaşıb.

Bu haqda Yunanıstanın "themasports" nəşri məlumat yayıb.

Bildirilir ki, Bakı klubu "Olimpiakos"un 28 yaşlı sabiq müdafiəçisi ilə tezliklə rəsmi müqavilə imzalayacaq.

Kot-d'İvuardan olan Ervin son mövsümdə "Pau”nun (Fransa) heyətində 42 oyuna çıxıb. O, karyerası ərzində Fransanın "Şatoru", "Loryan", Kiprin "Anortosis" klublarında da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti