ŞOK XƏBƏR: SOCAR çox tanınmış məşqçilərlə danışıqlar aparır, "Neftçi" çox fərqli olacaq!

1 İyul 2023 11:40 Neftçi 5 121
ŞOK XƏBƏR: SOCAR çox tanınmış məşqçilərlə danışıqlar aparır, "Neftçi" çox fərqli olacaq!

Bugünlərdə Azərbaycan futbol ictimaiyyətində "Neftçi"nin baş məşqçi postuna əsas namizədlərin Viktor Qonçarenko və Yuri Vernidub olmasına dair yeni xəbərlər yayılıb.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərovun verdiyi özəl məlumat tam başqadır.

Tanınmış telejurnalistin saytımıza bildirdiyinə görə, Sergen Yalçından sonra bu mütəxəssislərin adları siyahıda yoxdur:

"Nə Qonçarenko, nə də ki, Vernidubun adı siyahıda var. Çox önəmli isimlərlə danışıqlar aparılır.

SOCAR-da namizəd mütəxəssislərin dosyelərinin bütün detalları araşdırılır. Onların oyun sistemindən xarakterlərinə kimi çox ciddi analizlər aparılır.

Əminliklə deyə bilərəm ki, yeni "Neftçi" çox fərqli olacaq. Yəni, bu qədər gözləməyə dəyər.

Tezliklə "OK" verildiyi təqdirdə, həmin məşqçini Sportinfo.az vasitəsilə ilk olaraq sizə çatdırmağa çalışacağıq.

Gözünüz Sportinfo.az və "Sportinfo TV"də olsun. Bu arada Sergen Yalçınla bağlı çox vacib detalları oxuculara olduğu kimi təqdim edəcəyik.

Nələr var, nələr... Dəhşət!".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti