"Neftçi" yeni mövsümə "Zenit" ilə başlayır - "Match TV"də bu gün

1 İyul 2023 11:00 Neftçi 1 662
"Neftçi" yeni mövsümə "Zenit" ilə başlayır - "Match TV"də bu gün

Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" bu gün "Match TV" beynəlxalq turnirində ilk oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, hazırda baş məşqçisiz olan "ağ-qaralar" yerli "Zenit" ilə qarşılaşacaq.

Sankt-Peterburqdakı "Qazprom Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.

"Neftçi" turnirdə iyulun 8-də Serbiyanın "Srvena Zvezda", iyulun 12-də isə Türkiyənin "Fənərbağça" klubları ilə qarşılaşacaq.

1 iyul

20:30. "Neftçi" (Azərbaycan) - "Zenit" (Rusiya)
Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov
VAR hakimi: Sergey Tsıqanok
Sankt-Peterburq, "Qazprom Arena"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti