"Neftçi"dən: "Heç nəyə baxmayaraq, həmişə bizim arxamızda olsunlar"

1 İyul 2023 12:40 Neftçi 613
"Neftçi"dən: "Heç nəyə baxmayaraq, həmişə bizim arxamızda olsunlar"

"Onlara demək istəyirəm ki, heç nəyə baxmayaraq, həmişə bizim arxamızda olsunlar ".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Emil Balayev klubun televiziyasına açıqlamasında deyib.

Paytaxt təmsilçisinin yetirməsi olan və 2011-2014-cü illərdə əsas komandanda oynayan qolkiper azarkeşlərə səslənib.

Bugünlərdə 2 illik müqaviləyə imza atan "əlcək sahibi" fanatlardan komandaya dəstək olmaqlarını istəyib:

"Onsuz da həmişə bizə dəstək olublar. Çətin anlarda da, eniş olan vaxtlarda da.

Çünki hər bir enişdən sonra yüksəliş var. Fikirləşirəm ki, hamımız birlikdə yumruq olub yenidən keçmiş uğurlarımızı təkrarlaya biləcəyik.

Nə olursa, olsun, bizdən ümidlərini kəsməsinlər və həmişə bizə dayaq olsunlar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti