“Neftçi”dən Konfrans Liqasının qrup arzusu: “İlk olacaq”

1 İyul 2023 16:40 Neftçi 1 819
“Neftçi”dən Konfrans Liqasının qrup arzusu: “İlk olacaq”

“Azərbaycana gələnə qədər Fransadan başqa Niderland, Bolqarıstan və Qazaxıstan çempionatlarında oynamışam.

Lakin indiyə qədər heç vaxt avrokubok həyəcanı yaşamamışam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin qış fasiləsində heyətinə qatdığı Kilan Lebon Konfrans Liqasından gözləntiləri haqda danışarkən deyib.

25 yaşlı fransız vinger 8 illik peşəkar futbolçu karyerasında heç vaxt Avropanın klub turnirində iştirak etməyib. “Neftçi”ylə bürünc medal qazanaraq bu şansı yaxalaması onun üçün tarixi hadisədir.

İlk dəfə avrokuboklarda forma geyinəcək “22 nömrə”nin arzusu qrup mərhələsinə vəsiqə qazanmaqdır:

“Əlbəttə, bu cür turnirdə iştirak etmək özüm üçün də maraqlıdır. Konfrans Liqasına səylə hazırlaşırıq. İlk cəhdim olacaq və inanıram ki, birinci həmlədə qrup mərhələsi həyəcanını yaşayacam.

İlk növbədə yaxşı hazırlıq keçməliyik, daha sonra Konfrans Liqasına qələbə ilə başlamalıyıq. Bunları bacarsaq, irəliləyəcəyimizə şübhə etmirəm. Çünki, yaxşı komandamız var”.

Kilan Lebon ötən mövsüm “Neftçi”nin heyətində meydana çıxdığı 20 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti